top of page
Writer's pictureGiorgi Pkhakadze

Giorgi Pxakadze: “COVID-19-un ikinci dalğası zamanı Azərbaycan Gürcüstanı xilas etdi”

3 May, 2021


“Artıq bu virusa qarşı necə mübarizə aparacağımızı bilirik”.


Bu barədə hazırda Parisdə olan İctimai sağlamlıq üzrə mütəxəssis, Qlobal Peyvənd və İmmunlaşdırma İttifaqının (GAVI) məsləhətçisi və BMT baş katibinin keçmiş məsləhətçisi, professor Giorgi Pxakadze Caliber.Az-a danışıb.

“Sizə bəzi məlumatlar verim - əvvəllər, epidemiyanın əvvəlində reanimasiyaya düşən 10 nəfərdən yeddisi ölürdü. Keçən ilin sonunda on nəfərdən üçü ölürdü. İndi reanimasiyada olan 20 nəfərə bir ölüm düşür. Beynəlxalq protokol, dərman var. Yeni ştammlar xəstələrin sayına görə ölüm sayını artırmır. Düzdür, onlar “Uhan” orijinalından fərqli olaraq getdikcə gənclərə hücum edirlər”.

O, Azərbaycanın köməyi sayəsində Gürcüstanda ölüm sayının azalmasına da diqqət çəkib:

“Yeri gəlmişkən, koronavirusun ikinci dalğası zamanı Gürcüstana çox kömək edən Azərbaycana təşəkkürümü bildirmək istəyirəm. Praktiki olaraq ölkəniz sayəsində xilas olduq. Ötən ilin noyabr ayında gündə yeddi min yoluxma olduğu zaman Azərbaycan Gürcüstan xəstəxanalarına oksigen tədarük etdi. Əgər Azərbaycandan gələn oksigen olmasaydı, Gürcüstanda ölüm nisbəti çox yüksək olardı”.


Профессор Гиорги Пхакадзе. #ПрофессорПхакадзе

Source: https://oxu.az/politics/490719

Comments


Post: Blog2_Post
bottom of page